İranın iqtidaryönlü tanınmış qəzetlərindən olan "İran" qəzetinin baş redaktoru Kavə İştihari İranın sabiq prezidenti Məhəmməd Xatəmi, prezidentliyə sabiq namizəd Mir Hüseyn Musəvi və İranın Məsləhət Şurasının rəhbəri Əli Əkbər Haşimi Rəfsəncaninin oğlu Mehdi Haşimin şikayəti əsasında məhkəməyə çağırılıb. Bu barədə Trend İranın "Javanonline" qəzetinə istinadən məlumat yayır.
Məlumatda İran qəzetinin hansı səbəbdən məhkəməyə verilməsi açıqlanmayıb.