RED. əlav.: ikinci abzasdan sonra təfərrüatı ilə əlavə olunub
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın müşaviri Firidun Sınırlıoğlu cümə günü Bakıya gələcək. Bu barədə Anadolu agentliyi məlumat verib.
"Sabah bizim müşavir Baş nazirin məktub və şəxsi məktubunu çatdırmaq üçün Azərbaycana yola düşəcək", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Yunanıstanın XİN rəhbəri Dimitris Droutsas ilə birgə mətbuat konfransında deyib.
Sınırlıoğlu çərşənbə axşamı gəldiyi Yerevandan Bakıya yola düşəcək.
Davudoğlunun sözlərinə görə, Ermənistanla münasibətlərin inamlı istiqamətdə prosesə nail omaq yolu ilə yaxşılaşdırılmasına ümüd edir.
2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan Sürixdə Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalayıblar. İki ölkə araında diplomatik münasibətlər 1993-cü ilkdə kəsilib.