İran XİN-in rəhbəri Mənüçöhr Möttəki Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasının iclasında iştirak etmək üçün Butana yollanıb. Bu barədə İRNA informasiya agentliyi məlumat verir.
Aprelin 29-30-da Butanın paytaxtı Thimfuda keçirilən ikigünlük iclasda CARƏA-ya üzv ölkələrin rəhbərləri iştirak edəcək.
İran CARƏA-da müşahidəçi ölkə statusuna malikdir. Möttəkinin səfəri çərçivəsində Butan kralı, Baş nazir və XİN rəhbəri ilə görüş planlaşdırılır.