...

İran Fars körfəzində yenidən hərbi təlimlərə başlayıb

Dünya xəbərləri Materials 5 May 2010 10:55 (UTC +04:00)
İranın Hərbi Dəniz Qüvvələri bu gündən Fars körfəzində hərbi təlimlərə başlayır. Hərbi təlimlər Hörmüz boğazı, Ümman dənizi, Hindistan və Pakistanın azad suları və Hind okeanına kimi ərazini (250 min kilometr) əhatə edəcək.
İran Fars körfəzində yenidən hərbi təlimlərə başlayıb

İranın Hərbi Dəniz Qüvvələri bu gündən Fars körfəzində hərbi təlimlərə başlayır. Hərbi təlimlər Hörmüz boğazı, Ümman dənizi, Hindistan və Pakistanın azad suları və Hind okeanına kimi ərazini (250 min kilometr) əhatə edəcək. Bu barədə Trend İranın İRİNN xəbər kanalının rəsmi saytına istinadən məlumat verir.

8 gün davam edəcək hərbi təlimdə HDQ-nin sualtı və suüstü gəmiləri, təyyarə və vertolyotları, dəniz tüfəngçiləri və xüsusi əməliyyat qüvvələri iştirak edəcəklər. Hərbi təlimləri İranın Hərbi Hava Qüvvələrinin Xatəmül-Ənbiya qərargahı və Quru Qoşunları dəstəkləyəcək.

İki həftə öncə İran İnqilabı Keşikçiləri Korpusunun (Sepah) dəniz qüvvələri Fars körfəzində hərbi təlimlər keçiriblər.

Xəbər lenti

Xəbər lenti