...

Gürcü deputat prezidentin impiçmentinə təşəbbüs göstərir

Dünya xəbərləri Materials 18 May 2010 20:41 (UTC +04:00)
Gürcüstan Parlamentinin millət vəkili Giya Saqareişvili ölkə Prezidenti Mixail Saakaşvilinin impiçmenti proseduruna başlayır.
Gürcü deputat prezidentin impiçmentinə təşəbbüs göstərir

Gürcüstan, Tbilisi, 18 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Parlamentinin millət vəkili Giya Saqareişvili ölkə Prezidenti Mixail Saakaşvilinin impiçmenti proseduruna başlayır. Saakaşvilinin impiçmenti "İmedi" teleşirkətinin efirində göstərilən imitasiya olunmuş xronikaya görə elan olunmalıdır. Bu barədə bugünkü brifinqdə Saqareişvili deyib.

Gürcüstanın "İmedi" teleşirkəti axşam martın 13-də xəbərlər buraxılışında efirə montaj olunmuş bir süjet verib. Süjetdə deyilir ki, guya müharibə başlayıb və rus tankları Tbilisiyə yollanır. Həmçinin məlumat verilib ki, guya Saakaşvili öldürülüb və ruspərəst müxalifətin bir hissəsi qoşunların bura daxil olmasını dəstəkləyib. Teleproqram Gürcüstan əhalisi arasında təşvişə səbəb olub. Kanalın baş direktoru, vaxtilə bir sıra yüksək dövlət vəzifələrində çalışan Georgi Arveladze Saakaşviliyə yaxın olan adamlardan biridir.

Saqareişvili Britaniyanın ekspert şirkəti olan GPW-nin rəyini təqdim edib. GPW qalmaqallı reportajın efirə çıxmasından sonra geniş tamaşaçı kütləsinə çatdırılan telekanal nümayəndələrinin telefon danışıqlarının audioyazılarını analiz edib. "Bu rəy təsdiqləyir ki, prezident şəxsən imitasiya edilmiş xronikanın hazırlanmasında iştirak edib. Bu xronika kütləvi təşvişə səbəb olub. Bu isə həm Konstitusiya, həm də Cinayət Məcəlləsinin maddələrinin kobud şəkildə pozulmasıdır", - o deyib.

Xəbər lenti

Xəbər lenti