...

İran müxalifəti Prezident seçkilərinin ildönümü ərəfəsində mitinqlər keçirməyi planlaşdırır

Dünya xəbərləri Materials 3 İyun 2010 15:10 (UTC +04:00)
İranda prezidentliyə keçmiş namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi Tehran əyalətinin rəhbərinə mitinq keçirilməsinə icazə almaq üçün müraciət ediblər. Bu barədə İranın müxalifyönlü "Kaleme.com" saytı məlumat verib.
İran müxalifəti Prezident seçkilərinin ildönümü ərəfəsində mitinqlər keçirməyi planlaşdırır

İranda prezidentliyə keçmiş namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi Tehran əyalətinin rəhbərinə mitinq keçirilməsinə icazə almaq üçün müraciət ediblər. Bu barədə İranın müxalifyönlü "Kaleme.com" saytı məlumat verib.

Məlumata görə, islahatçı düşərgədən olan 8 partiya əyalət rəhbərinə iyunun 12-də - Prezident seçkilərinin ildönümündə mitinq keçirmək üçün rəsmi icazə istəyiblər.

İran Konstitusiyasının 27-ci bəndinə uyğun olaraq, mitinq keçirilməsinə icazənin verilməsi haqda tələb Daxili İşlər Nazirliyinə də göndərilməlidir.

Ötən il iyunun 12-də keçirilən Prezident seçkilərinin rəsmi yekunlarına görə, İranın hazırkı Prezidenti Mahmud Əhmədinejad 62,63 faiz səs toplayıb. Onun əsas rəqibi olan Mir Hüseyn Musəvi isə 33,75 faiz səs toplaya bilib.

Musəvinin tərəfdarları hökuməti seçkilərin nəticələrini saxtalşdırmaqda ittiham edərək onların ləğv edilməsini tələb ediblər. Kütləvi etiraz aksiyaları polislə ciddi toqquşmalara gətirb çıxarıb. Nəticədə bir neçə fəal həlak olub, 1032 fəal həbs olunub. Sonradan onların bəziləri azad olunub.

Xəbər lenti

Xəbər lenti