...

Fələstin muxtariyyətinin rəhbəri Türkiyəyə gəlib

Dünya xəbərləri Materials 7 İyun 2010 10:50 (UTC +04:00)

Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas İstanbulda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün bazar günü Türkiyəyə gəlib. Bu barədə Anadolu agentliyi məlumat verib.

Abbas iyunun 8-9-da Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Konfransının (CICA) üçüncü forumunda iştirak etməyi planlaşdırır.

Gözlənildiyinə görə, sammitdə bir sıra dövlətlərin başçıları iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti