...

İran tiryəkin müsadirəsi üzrə birinci yeri tutur – BMT-nin məruzəsi

Dünya xəbərləri Materials 25 İyun 2010 17:32 (UTC +04:00)
BMT-nin yeni məruzəsində İranın narkotik vasitələrə və onların qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə yüksək qiymətləndirilib.
İran tiryəkin müsadirəsi üzrə birinci yeri tutur – BMT-nin məruzəsi

BMT-nin yeni məruzəsində İranın narkotik vasitələrə və onların qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə yüksək qiymətləndirilib. Həmçinin qeyd edilib ki, İran tiryəkin müsadirə edilməsi üzrə birinci yeri tutur. Məlumatı Press TV yayıb.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin cümə axşamı nəşr edilən məruzəsində deyilir ki, tiryəkin müsadirə edilməsi halları artmaqda davam edir. Bu hala əsasən Əfqanıstanla sərhəddə, xüsusilə də İran və Pakistanda təsadüf edilir.

Məruzə həmçinin İranın Əfqanıstandan heroinin qanunsuz gətirilməsinin qarşısını almasını bəyənir. Heroinin əksər hissəsinin Əfqanıstandan Qərbi Avropa ölkələrinə İran, Türkiyə və Cənub-Şərqi Avropa ölkələri vasitəsilə daşınması da qeyd olunub.

Xəbər lenti

Xəbər lenti