...

Türkiyənin xarici işlər naziri Yunanıstanın Rodos adasına səfər edəcək

Dünya xəbərləri Materials 6 Avqust 2010 13:59 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu cümə günü elan olunmamış səfərlə Yunanıstanın Rodos adasına gedəcək. Məlumatı Cihan agentliyi yayıb.

Qeyri-rəsmi xarakter daşıyan səfər bir gün davam edəcək.

Türkiyənin XİN rəhbəri yunan adasına Türkiyənin Bodrum şəhərindən gedəcək. Cümə axşamı Bodrumda türkdilli dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti başlayıb.

Bu sammitdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

Xəbər lenti

Xəbər lenti