...

İraq Kabildə səfirlik açır

Dünya xəbərləri Materials 31 Avqust 2010 13:05 (UTC +04:00)
İraq rəhbərliyi yaxın vaxtlarda Əfqanıstanın paytaxtı Kabildə öz səfirliyini açmaq barədə qərar qəbul edib. Bu barədə Əfqanıstan XİN-in məlumatında deyilir.
İraq Kabildə səfirlik açır

İraq rəhbərliyi yaxın vaxtlarda Əfqanıstanın paytaxtı Kabildə öz səfirliyini açmaq barədə qərar qəbul edib. Bu barədə Əfqanıstan XİN-in məlumatında deyilir.

Qərar bazar ertəsi Əfqanıstan XİN başçısı Zəlmi Rəsulla İraqın nümayəndə heyəti arasında keçirilən görüşdən sonra açıqlanıb.

Öz növbəsində, əfqan hökuməti Bağdadda öz səfirliyinin açılmasına razılıq verib. Lakin onun nə vaxt açılacağı barədə hələlik məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti