...

Türkiyə və İsrail prezidentləri Nyu-Yorkda görüşməyəcəklər

Dünya xəbərləri Materials 21 Sentyabr 2010 13:51 (UTC +04:00)
Türkiyə və İsrail prezidentləri Abdullah Gül və Şimon Peres arasında BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində ikitərəfli görüş baş tutmayacaq, - məlumatı "CNN Turk" telekanalı yayıb.
Türkiyə və İsrail prezidentləri Nyu-Yorkda görüşməyəcəklər

Türkiyə və İsrail prezidentləri Abdullah Gül və Şimon Peres arasında BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində ikitərəfli görüş baş tutmayacaq, - məlumatı "CNN Turk" telekanalı yayıb.

Bundan əvvəl Türkiyə Prezidenti bildirib ki, israilli həmkarı ilə görüş onun Nyu-Yorkda olduğu müddətdə planlaşdırılmış ikitərəfli görüş proqramına daxil deyil.

Bazar ertəsi İsrail KİV-in verdiyi məlumata görə, İsrail Prezidenti bəyan edib ki, "Türkiyə ondan "Azadlıq donanması" ilə bağlı insidentə görə rəsmi üzr istəməsini tələb edib, o isə bundan imtina edib".

Mayın 31-də İsrail hərbi-dəniz qüvvələri Qəzza sektoruna humanitar yardım aparan "Azadlıq donanması"nın altı gəmisini saxlayıblar. Nəticədə, Türkiyənin "Mavi Mərmərə" gəmisində doqquz sülhməramlı həlak olub.

Türkiyə İsrail hökumətindən humanitar gəmiyə edilən hücuma görə üzr istəməsini və həlak olanların ailələrinə kompensasiya ödəməyi tələb edib, lakin İsrail bundan qəti surətdə imtina edib.

İnsidenti araşdırmaq üçün BMT Yeni Zelandiyanın sabiq baş naziri Cefri Palmerin sədrliyi altında azad komissiya yaradıb. Paralel olaraq İsraildə sabiq hakim Yakov Turkelin rəhbərliyi altında komissiya öz işinə başlayıb.

Bazar ertəsi Nyu-Yorkdakı Türkiyə evində keçirilən mətbuat konfransında Prezident Gül jurnalistlərə bəyan edib ki, israilli həmkarı ilə görüşməyi planlaşdırmır və İran Prezidenti Mahmud Əhmədinejadla ikitərəfli danışıqlar aparacağını əlavə edib.

Gülün sözlərinə görə, beynəlxalq hüquq İsrailə mövcud problemin həlli üçün iki yol təqdim edir: rəsmi üzr istəmək və kompensasiya ödəmək.

Xəbər lenti

Xəbər lenti