...

İran kiberhücumun qarşısını alıb – kəşfiyyat naziri

Dünya xəbərləri Materials 11 Oktyabr 2010 11:12 (UTC +04:00)
İran sənaye obyektlərinin kompüterlərinə ziyan vurmaq üçün yaradılan "Stuxnet" virusu aşkar olunub və hücumun qarşısı alınıb. Bu barədə İranın kəşfiyyat naziri Heydər Moslehi açıqlama verib. Məlumatı İSNA-ya istinadən Press-TV yayıb.
İran kiberhücumun qarşısını alıb – kəşfiyyat naziri

İran sənaye obyektlərinin kompüterlərinə ziyan vurmaq üçün yaradılan "Stuxnet" virusu aşkar olunub və hücumun qarşısı alınıb. Bu barədə İranın kəşfiyyat naziri Heydər Moslehi açıqlama verib. Məlumatı İSNA-ya istinadən Press-TV yayıb.

"Qərb KİV-in haqqında məlumat verdiyi virus aşkar olunub və o, nəzarət altındadır", - Moslehi deyib.

İranda ilk dəfə iyunda aşkarlanan "Stuxnet" virusu zərərli proqramdır və potensial təhlükəli element hesab olunur.

İran ekspertləri bildirirlər ki, virus, ola bilsin, İran sənayesi, o cümlədən, Buşəhr AES-də istifadə edilən idarə sisteminin proqram təminatına ziyan vurmaq üçün ABŞ və İsrail dövlət təşkilatlarının dəstəyi altında yaradılıb.

Xəbər lenti

Xəbər lenti