...

ABŞ-da insan haqları vəziyyətinin icmalı BMT İHŞ üçün sınaq olub – İran parlamentinin spikeri

Dünya xəbərləri Materials 6 Noyabr 2010 15:06 (UTC +04:00)

Cümə günü keçirilən və ABŞ-da insan haqları üzrə hesabatın baxıldığı BMT İnsan Haqları Şurasının (İHŞ) iclası Şura üçün "etimad testi" olub. Bunu İran parlamentinin spikeri Əli Laricani deyib. Məlumatı ISNA agentliyi yayıb.

Laricani BMT İHŞ-nin Vaşinqtonun insan haqları üzrə hesabatına baxmasını alqışlayıb və bu addımı "çox önəmli" adlandırıb.

O qeyd edib ki, Birləşmiş Ştatlarda insan haqlarının pozulması ilə bağlı məqalə və kitablar dərc olunub. Ona görə də BMT İHŞ Vaşinqtonda insan haqları ilə bağlı vəziyyəti müşahidə etmək üçün lazım olduğundan çox məlumata malikdir.

Cümə günü BMT İHŞ-nin işçi qrupu ABŞ-da insan haqları ilə bağlı vəziyyətin öyrənilməsinə başlayıb. Bu iş universal dövri icmalın yeni proseduru çərçivəsində aparılır.

Xəbər lenti

Xəbər lenti