...

Vyanada "Şahnamə"nin minilliyini qeyd ediblər

Dünya xəbərləri Materials 12 Noyabr 2010 12:24 (UTC +04:00)
Vyanada məşhur İran şairi Əbülqasım Firdovsinin epik "Şahnamə" əsərinin minilliyini qeyd edilib.
Vyanada "Şahnamə"nin minilliyini qeyd ediblər

Vyanada məşhur İran şairi Əbülqasım Firdovsinin epik "Şahnamə" əsərinin minilliyini qeyd edilib. Bu barədə İRNA məlumat verib.

İran və xarici mədəniyyət elitasının 200-dən çox nümayəndəsi mərasimdə iştirak edib.

İranın Vyanadakı Mədəniyyət Mərkəzi poemanın oxunuşunu təşkil edib.

YUNESKO-nun 181-ci sammitində 2010-cu il "Şahnamə" minilliyinin ili" adlandırılıb. Bu münasibətlə bütün dünyada çoxsaylı mədəniyyət tədbirləri keçirilib.

"Şahnamə" İran ədəbiyyatında görkəmli yer tutur, çünki fars dilinin qorunmasında mühüm rol oynayıb. Firdovsi poema üzərində 30 il çalışıb.

"Şahnamə" 60 min beytdən ibarətdir və dünya yaradılışından VII əsrədək, islam dini İrana gələnədək İranın tarixi keçmişindən bəhs edir.

Xəbər lenti

Xəbər lenti