...

Tehranda küçələrin birinə amerikalı Raşel Koreyin adı qoyulacaq

Dünya xəbərləri Materials 22 Noyabr 2010 11:20 (UTC +04:00)
Tehran şəhər İslami Şurasının adqoyma komissiyasının sədri xanım Məsumə Abad bildirib ki, hazırda Tehranda küçələrin birinə Raşel Koreyin adının verilməsi məsələsi gündəlikdədir.
Tehranda küçələrin birinə amerikalı Raşel Koreyin adı qoyulacaq

Tehran şəhər İslami Şurasının adqoyma komissiyasının sədri xanım Məsumə Abad bildirib ki, hazırda Tehranda küçələrin birinə Raşel Koreyin adının verilməsi məsələsi gündəlikdədir. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verir.

Abad əlavə edib ki, ölkənin Xarici İşlər Nazirliyinə bu məsələ ilə bağlı sorğu göndərilib, cavab verilən kimi Tehran küçələrinin birinə Raşel Koreyin adının qoyulması məsələsini səsqoymaya çıxaracaqlar.

Beynəlxalq agentliklərin məlumatına əsasən, 2003-cü ilin martında Qəzza zolağında İsrail qüvvələri buldozerlə fələstinlilərin evlərini dağıdarkən buna mane olmağa çalışan amerikalı qadın qətlə yetirilib. Şahidlərin verdiyi məlumata görə, şəxsiyyəti 23 yaşlı Raşel Korey kimi müəyyən edilən gənc qadın fələstinlilərin evlərini sökən buldozerin qarşısına çıxarkən həlak olub.

Xəbər lenti

Xəbər lenti