...

Təl-Əvivdə Türkiyə-İsrail işgüzar şurasının iclası keçiriləcək

Dünya xəbərləri Materials 24 Noyabr 2010 11:33 (UTC +04:00)
Türkiyə-İsrail işgüzar şurasının iclası dekabrın 1-də Təl-Əvivdə keçiriləcək. Bu barədə Anadolu agentliyi Türkiyə Xarici İqtisadi Əlaqələr Komitəsinə istinadən məlumat verib.
Təl-Əvivdə Türkiyə-İsrail işgüzar şurasının iclası keçiriləcək

Türkiyə-İsrail işgüzar şurasının iclası dekabrın 1-də Təl-Əvivdə keçiriləcək. Bu barədə Anadolu agentliyi Türkiyə Xarici İqtisadi Əlaqələr Komitəsinə istinadən məlumat verib.

İsrailin sənaye və ticarət naziri Binyamin Ben-Eliezer iclasda iştirak edəcək və onun açılışında çıxış edəcək.

Tədbirdə iştirak etmək üçün şuranın Türkiyədən olan həmsədri Ekrem Güvəndirənin başçılıq etdiyi türk iş adamlarından ibarət nümayəndə heyətinin İsrailə gələcəyi gözlənilir. İsrail tərəfdən şuraya Menaşe Karmon (Menashe Carmon) rəhbərlik edir.

Türkiyə Baş naziri yanında Xarici Ticarət Alt Katibliyinin məlumatına görə, 2010-cu ilin doqquz ayı ərzində İsrailə Türkiyədən ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,2 faiz artıb və 1,479 milyard ABŞ dolları təşkil edib.

Xəbər lenti

Xəbər lenti