Türkiyənin Konya əyalətinin Beyşehir rayonunun hakim Ədalət və İnkişaf Partiyasından olan bələdiyyə başçısı İzzət Taşçıya cümə günü bıçaqla hücum edilib. Məlumatı CNN Türk telekanalı yayıb.
Hücum Taşçı məsciddən cümə namazından çıxan zaman baş verib.
Yaralanan Taşçı xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.