...

İsrail yeni məskənlərin tikintisini dayandırmalıdır – Türkiyə Prezidenti

Dünya xəbərləri Materials 7 Dekabr 2010 11:00 (UTC +04:00)
İsrail fələstinlilərlə sülh danışıqlarının davam etdirilməsi üçün Fələstin ərazilərində yeni məskənlərin tikintisini dayandırmalıdır və "müsbət mövqe" nümayiş etdirməlidir. Bu barədə bazar ertəsi Türkiyə Prezidenti Abdullah Gül bəyan edib. Xəbəri Anadolu agentliyi yayıb.
İsrail yeni məskənlərin tikintisini dayandırmalıdır – Türkiyə Prezidenti

İsrail fələstinlilərlə sülh danışıqlarının davam etdirilməsi üçün Fələstin ərazilərində yeni məskənlərin tikintisini dayandırmalıdır və "müsbət mövqe" nümayiş etdirməlidir. Bu barədə bazar ertəsi Türkiyə Prezidenti Abdullah Gül bəyan edib. Xəbəri Anadolu agentliyi yayıb.

Ankarada Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbasla birgə mətbuat konfransında çıxış edən Gül bildirib ki, iki liderin danışıqlarının mövzusu Yaxın Şərqdə sülh prosesi ilə bağlı hadisələr olub.

Gül deyib ki, Yaxın Şərqdə sülhə nail olmaq üçün paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaranmalıdır.

Türkiyə Prezidenti bəyan edib ki, Türkiyə Fələstinlə əməkdaşlığı və həmrəyliyi dəstəkləyəcək və müstəqil Fələstin dövlətinin yaradılmasına sosial və iqtisadi yardım göstərməkdə davam edəcək.

Türkiyə XİN rəhbərinin müavini Feridun Sinirlioğlunun İsrailin rəsmi şəxsləri ilə bu yaxınlarda Cenevrədə keçirdiyi görüş barədə suala cavab verən Gül deyib ki, danışqılar "texniki səviyyədə" keçib.

"Türkiyə İsraillə münasibətlərin normallaşdırılması barəsində dəqiq gözləntilərə malikdir", - Prezident bildirib.

Yaxın keçmişədək hərbi-siyasi sahədə sıx əməkdaşlıq edən Türkiyə ilə İsrail arasında münasibətlər mayın 31-də İsrail hərbçilərinin Qəzzaya humanitar yük aparan "Azadlıq donanması"na hücumundan sonra kəskin pisləşib. Doqquz Türkiyə vətəndaşının həlak olduğu bu hücumun ardından Türkiyə hökuməti İsraillə münasibətlərə yenidən baxacağını elan edib və İsraildən türk vətəndaşlarının həlak olması ilə bağlı rəsmi üzr istəməsini tələb edib.

Gül, həmçinin deyib ki, Türkiyə Braziliya və Argentinanın Fələstin dövlətini tanıması haqqında qərarını alqışlayır.

"Fələstin dövlətinin mövcudluğu reallıqdır. Biz gözləyirik ki, hamı keçmişdə bizim etdiyimiz kimi, müstəqil Fələstin dövlətini tanısın", - o, əlavə edib.

Xəbər lenti

Xəbər lenti