...

Polşa Türkiyənin Aİ-yə daxil olacağına şübhə etmir - Tusk

Dünya xəbərləri Materials 9 Dekabr 2010 10:47 (UTC +04:00)

Polşanın Baş naziri Donald Tusk çərşənbə günü bəyan edib ki, Türkiyənin Avropa İttifaqına daxil olması Polşa üçün "şübhəsizdir". Bu barədə Anadolu agentliyi məlumat verib.

Tuskun sözlərinə görə, Polşa və Türkiyə hakimiyyətləri iki ölkə arasında viza rejiminin dəyişdirilməsi üzrə danışıqlar aparacaq və Polşa hökuməti onun sadələşdirilməsi üzərində işləyəcək. Bu barədə Tusk Ankarada Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

Öz növbəsində, Ərdoğan bəyan edib ki, polşalı həmkarı ilə 2011-ci ilin fevralından başlayaraq viza prosedurunun asanlaşdırılması üçün lazımi tədbirlərin görülməsini qərara alıblar.

Xəbər lenti

Xəbər lenti