...

İsrail Prezidentinin həyat yoldaşı vəfat edib - KİV

Dünya xəbərləri Materials 20 Yanvar 2011 17:28 (UTC +04:00)
İsrail Prezidenti Şimon Peresin həyat yoldaşı cümə axşamı 87 yaşında Təl-Əvivin şimalında yerləşən evində dünyasını dəyişib. Bu barədə yerli KİV məlumat verib.
İsrail Prezidentinin həyat yoldaşı vəfat edib - KİV

İsrail Prezidenti Şimon Peresin həyat yoldaşı cümə axşamı 87 yaşında Təl-Əvivin şimalında yerləşən evində dünyasını dəyişib. Bu barədə yerli KİV məlumat verib.

İlkin məlumatlara görə, Sonya Peresin ölümünə yuxuda ikən ürəktutma səbəb olub.

Qızlıq soyadı Gelman olan Sonya Peres 1923-cü ildə Polşada anadan olub və uşaq ikən ailəsi ilə birlikdə Fələstinə köçüb.

1945-ci ildə Gelman Şimon Peresə ərə gedib. Onların 3 uşağı, 8 nəvəsi və 2 nəticəsi var.

2007-ci ildə həyat yoldaşı İsrail Prezidenti seçildikdən sonra o, Pereslə birgə Qüdsdəki iqamətgaha köçməkdən imtina edib və ər-arvad son illəri faktiki olaraq ayrı yaşayıblar.

Xəbər lenti

Xəbər lenti