...

İranın enerji naziri Parlamentə hesabat verəcək

Dünya xəbərləri Materials 23 Fevral 2011 14:21 (UTC +04:00)
İranın enerji naziri Məcid Namcu Parlamentə hesabat verəcək. Onun hesabata çağırılması ilə bağlı bü gün deputatlar imza toplayaraq Palramentin rəyasət heyətinə təqdim ediblər.
İranın enerji naziri Parlamentə hesabat verəcək

İranın enerji naziri Məcid Namcu Parlamentə hesabat verəcək. Onun hesabata çağırılması ilə bağlı bü gün deputatlar imza toplayaraq Palramentin rəyasət heyətinə təqdim ediblər. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat verir.

Parlament nümayəndələri Namcunu idarəetməni düzgün həyata keçirə və öhdəliklərini yerinə yetirə bilməməsi səbəbindən hesabata çağırıblar.

Fevralın 1-də İran Parlamenti ölkənin yollar və nəqliyyat naziri Həmid Behbəhanini vəzifəsindən kənarlaşdırıb. Nazirin vəzifəsindən azad edilməsinin lehinə 147, əleyhinə 78 nəfər səs verib, 9 deputat bitərəf qalıb. Ümumilikdə səsvermədə Parlamentin 242 üzvündən 234-ü iştirak edib.

Fevralın 1-də Həmid Behbahani öz fəaliyyətinə dair hesabatla İran Parlamentində çıxış etməli idi. Lakin o, iclasa gəlməyib. İran Parlamentinin spikeri Əli Laricani Behbəhaninin iclasa gəlməməsini "yolverilməz" adlandırıb.

O, Mahmud Əhmədinejadın prezidentliyinin ikinci dövründə qanunverici orqana hesabat vermək üçün çağırılan ilk nazirdir.

Əhmədinejad ötən prezidentliyi dövründə Nazirlər Kabinetinin tərkibini yenidən formalaşdırmaq təhlükəsi ilə üzləşmişdi. Onun istefaya göndərdiyi və könüllü olaraq istefa verən nazirlərin sayı 8 nəfər olub. Bir nazir isə vəfat etdiyi üçün başqası ilə əvəzlənmişdi.

O dövrdə daxili işlər naziri Əli Kordanın hesabat vermək üçün Parlamentə dəvət olunması ciddi qalmaqala çevrilmişdi. Belə ki, DİN başçısı sənədlərin saxtalaşdırılmasında ittiham olunmuşdu. Onun fəxri diplomunun saxtalığı Parlament nümayəndələrinin etirazına gətirib çıxarmış və o, nazir vəzifəsindən uzaqlaşdırılmışdı.

Xəbər lenti

Xəbər lenti