...

İranın Buşəhr şəhərində 8 casus həbs olunub

Dünya xəbərləri Materials 16 İyun 2011 11:30 (UTC +04:00)
İranın Buşəhr şəhərində ötən iki il ərzində 8 dənizçi casusluqda ittiham olunaraq həbs edilib. Onlar barəsində cinayət işi açılıb və istintaq aparılır. Bunu cümə axşamı İranın Buşəhr əyalətinin prokuroru Heydər Bohrani deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
İranın Buşəhr şəhərində 8 casus həbs olunub

Azərbaycan, Bakı, 16 iyun /Trend/

İranın Buşəhr şəhərində ötən iki il ərzində 8 dənizçi casusluqda ittiham olunaraq həbs edilib. Onlar barəsində cinayət işi açılıb və istintaq aparılır. Bunu cümə axşamı İranın Buşəhr əyalətinin prokuroru Heydər Bohrani deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Bohrani bildirib ki, istintaq zamanı həmin dənizçilərin casusluq etdiyi sübuta yetirilib.

Prokurorun sözlərinə görə, casusluqda ittiham olunan şəxslərdən 5-i haqqında artıq məhkəmə qərarı çıxarılıb, qalan üç nəfərin işinə isə baxılır.

Xəbər lenti

Xəbər lenti