...

Hüsni Mübarəkin məhkəməsi başladı

Dünya xəbərləri Materials 3 Avqust 2011 13:13 (UTC +04:00)
Çərşənbə günü Qahirədə Misirin keçmiş prezidenti Hüsni Mübarəkin məhkəməsi başlayıb.
Hüsni Mübarəkin məhkəməsi başladı

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Çərşənbə günü Qahirədə Misirin keçmiş prezidenti Hüsni Mübarəkin məhkəməsi başlayıb. Trend-in məlumatına görə, bu barədə Qətərin "əl-Cəzirə" telekanalı xəbər verib.

Sabiq prezident Misirdə kütləvi iğtişaşlar zamanı dinc əhalinin öldürülməsinə göstəriş verməsi, dövlət səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və dövlət vəsaitlərinin mənimsənilməsi faktı ilə mühakimə edilir.

Misirdə yanvar ayından başlayaraq polis və xalq arasında kütləvi iğtişaşlar baş verib. Baş verən kütləvi iğtişaşlar zamanı 900-ə yaxın insan ölüb, altı minə yaxını müxtəlif dərəcəli xəsarət alıb. Fevralın 11-də prezident Hüsni Mübarək öz postundan istefa verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti