...

Türkiyə Suriya ilə bağlı mövqeyini yumşaldarsa, İran və Türkiyə ortaq siyasət yürüdə bilər

Dünya xəbərləri Materials 5 Yanvar 2012 13:23 (UTC +04:00)
Türkiyə Suriya ilə bağlı mövqeyini yumşaldarsa, İran və Türkiyə Suriya məsələsində ortaq siyasət yürüdə bilər.
Türkiyə Suriya ilə bağlı mövqeyini yumşaldarsa, İran və Türkiyə ortaq siyasət yürüdə bilər

Azərbaycan, Bakı, 5 yanvar / Trend müxbir T.Cəfərov/

Türkiyə Suriya ilə bağlı mövqeyini yumşaldarsa, İran və Türkiyə Suriya məsələsində ortaq siyasət yürüdə bilər. Bunu İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaiddin Brucerdi deyib. Trend-in məlumatına görə, bu barədə İranın MEHR xəbər agentliyi məlumat verir.

Brucerdi yaxın günlərdə İran parlamentinin spikeri Əli Laricaninin Türkiyəyə səfər edəcəyini deyib və bildirib ki, Türkiyənin xarici işlər naziri Davudoğlu İrana səfərində ölkə rəsmiləri ilə əsasən Suriya məsələsini müzakirə edib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu yanvarın 4-də Tehrana səfər edib. O səfərindən öncə verdiyi açıqlamada bir günlük səfəri zamanı İran rəsmiləri ilə ölkənin nüvə proqramı, Suriya və İraqda baş verən hadisələri müzakirə edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti