Azərbaycan, Bakı, 19 yanvar /Trend/
Türkiyənin Hakkari şəhərində polis avtobusunun partlaması nəticəsində 1 nəfər həlak olub, 27 nəfər yaralanıb. Bu barədə CNN Türk xəbər yayıb.
Terrorçular partlayıcı qurğunu polis avtobusu Hakkarı meriyasının qabağından keçərkən işə salıb.
Hakkari şəhərinin başçısı Muammer Türker bildirib ki, zərərçəkənlərin bir çoxu, həlak olmuş insan həmçinin, polis əməkdaşları deyil.
Hakkari polisi hadisə yerində araşdırma aparır.