...

Erməni əsgər xüsusi qəddarlıqla qətlə yetirilib

Dünya xəbərləri Materials 2 Mart 2012 11:16 (UTC +04:00)
Erməni əsgər xüsusi qəddarlıqla qətlə yetirilib
Erməni əsgər xüsusi qəddarlıqla qətlə yetirilib

Azərbaycan,Bakı, 2 mart / Trend/

Dünən səhər Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu ərazisində yerləşən hərbi hissədə 19 yaşlı Tiqran Varyanın ölüm faktı ilə əlaqədar CM-nin 110-cu maddəsinin birinci hissəsi (intihar həddinə çatdırma) üzrə cinayət işi qaldırılıb. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" xəbər verir.

Lakin bu gün Tiqran Varyanın meyitinin yarılması zamanı onun bədənində çoxlu sayda zədələrin olduğu aşkar edilib. Məlum olub ki, əsgər intihar etməyib, o düşünülmüş qətlin qurbanı olub.

Cəsədin yarılması prosedurunda iştirak edən Helsinki Assosiasiyasının eksperti Ruben Martirosyan bildirib ki, əsgərin bədənində zorakılıq, işgəncə əlamətləri, çənəsinin aşağı hissəsində, odlu silah yarasından bir az aşağıda qançır var.

Ekspertin fikrincə, Tiqran Varyan eyni vaxtda bir neçə nəfərə müqavimət göstərib. Kimsə onu tutub, digəri isə ona atəş açıb. O həmçinin qeyd edib ki, zərbələr əsgərə ölümündən bir neçə dəqiqə əvvəl küt alətlə endirilib.

Helsinki Assosiasiyasının eksperti Tiqran Varyanın ölümü ilə bağlı CM-in 110-cu maddəsinin 1-ci hissəsi üzrə cinayət işinin qaldırılmasını qanunsuz hesab edir. Onun fikrincə, işi xüsusi amansızlıqla törədilən düşünülmüş qətl kimi təsnifləşdirmək lazımdır.

Bu arada, Ermənistanın Müdafiə Nazirliyinin İstintaq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bilrilib ki, işlə bağlı ilkin istintaq davam edir, hələlik saxlanılan yoxdur.

Xəbər lenti

Xəbər lenti