...

Gürcüstan ordusunda xidmət müddəti 3 ay artırılıb

Dünya xəbərləri Materials 2 Mart 2012 15:01 (UTC +04:00)
Bu gün Gürcüstan parlamenti orduda xidmət müddətinin 3 ay artırılmasını nəzərdə tutan hərbi xidmət haqqında əsas qanuna dəyişikliyi təsdiq edib.
Gürcüstan ordusunda xidmət müddəti 3 ay artırılıb

Gürcüstan, Tbilisi, 2 mart /Trend müxbir N. Kirsxaliya/

Bu gün Gürcüstan parlamenti orduda xidmət müddətinin 3 ay artırılmasını nəzərdə tutan hərbi xidmət haqqında əsas qanuna dəyişikliyi təsdiq edib.

Deputatlar dəyişiklik təşəbbüskarlarının fikri ilə razılaşıblar. Onların fikrincə, yeni çağırışçıların hazırlığı üçün 1 il kifayət etmir.

Bununla da 2012-ci il yaz çağırışından başlayaraq məcburi hərbi xidmət müddəti 12 aydan 15 aya qədər uzadılacaq.

Qanun layihəsinə əsasən, məcburi hərbi xidmət müddətinin uzadılması dəyişikliyin edilməsinə qədər xidmətə çağırılan kişilərə şamil olunmayacaq.

Xəbər lenti

Xəbər lenti