...

İran xərçəngin müalicəsi üçün preparatın kütləvi istehsalına başladı

Dünya xəbərləri Materials 5 Mart 2012 10:26 (UTC +04:00)
İranın əczaçılıq şirkəti Yaxın Şərqdə ilk dəfə olaraq xərçəngin müalicəsi zamanı kimya terapiyası üçün nəzərdə tutulan "Paklitaksel" preparatının istehsalına başlayır.
İran xərçəngin müalicəsi üçün preparatın kütləvi istehsalına başladı

Azərbaycan, Bakı, 5 mart / Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İranın əczaçılıq şirkəti Yaxın Şərqdə ilk dəfə olaraq xərçəngin müalicəsi zamanı kimya terapiyası üçün nəzərdə tutulan "Paklitaksel" preparatının istehsalına başlayır. Trend-in məlumatına görə, bu barədə ISNA agentliyi xəbər verir.

Paklitakseldən ağ ciyər, yumurtalıq, süd vəzisi, baş və boyun xərçənginin müalicəsində istifadə olunur.

Bu xəstələri olan xəstələrin əksəriyyəti maliyyə çətinlikləri ilə üzləşirlər. Çünki bədxassəli şişlərin müalicəsi üçün dərmanlar bahadır. Problem həmin dərmanların kütləvi istehsalına başlanması ilə həll olunacaq. Paklitakselin buraxılışı üzrə istehsal xətti bazar ertəsi, martın beşində işə salınıb.

Xəbər lenti

Xəbər lenti