...

Əl-Maliki İraqı diktaturaya doğru aparır – kürd muxtariyyətinin rəhbəri

Dünya xəbərləri Materials 9 Aprel 2012 11:05 (UTC +04:00)
İraqda vəziyyət son dərəcə təhlükəlidir, çünki ölkənin Baş naziri Nuri əl-Maliki İraqı diktaturaya doğru aparır.
Əl-Maliki İraqı diktaturaya doğru aparır – kürd muxtariyyətinin rəhbəri

Azərbaycan, Bakı, 9 aprel / Trend, müxbir A.Tağıyeva /

İraqda vəziyyət son dərəcə təhlükəlidir, çünki ölkənin Baş naziri Nuri əl-Maliki İraqı diktaturaya doğru aparır. Bunu Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani bəyan edib. Trend-in məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat verib.

Bərzani bəyan edib ki, öz narahatlığını ABŞ prezidenti Barak Obama ilə də bölüşüb. O həmçinin qeyd edib ki, Bağdadla Kürd administrasiyası arasında bütün problemləri müzakirə etmək üçün İraq hakimiyyəti ilə təcili görüşmək fikrindədir.

Bərzaninin sözlərinə görə, tərəflərin konkret dəyişikliklərlə bağlı razılığa gələ bilməyəcəkləri halda Kürd administrasiyası əl-Malikini İraq hökumətinin rəhbəri hesab etməkdən imtina edəcək.

Xəbər lenti

Xəbər lenti