...

Norveçli manyakın etirafı

Dünya xəbərləri Materials 16 Aprel 2012 13:52 (UTC +04:00)
Zirehli polis avtomobili bazar ertəsi səhər saatlarında terrorizmdə təqsirləndirilən Andres Breyviki Oslo yerli məhkəməsinin binasına gətirib.
Norveçli manyakın etirafı

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Zirehli polis avtomobili bazar ertəsi səhər saatlarında terrorizmdə təqsirləndirilən Andres Breyviki Oslo yerli məhkəməsinin binasına gətirib. Breyvikin məhkəməsi Norveçin müasir tarixində ən səs-küylü məhkəmə prosesi olacaq. Bu barədə bazar ertəsi Trend RİA Novosti-yə istinadən məlumat verir.

Andres Breyviki dindirilmə zamanı özünü günahkar saymayıb.

Andres Breyvik 2011-ci il iyulun 22-də Oslo hökumət məhəlləsində 8 nəfərin ölümü ilə nəticələnən partlayışı törətməkdə, habelə Utoya adasında Norveç İşçilər Partiyasının gənclik düşərgəsində 69 nəfəri qətlə yetirməkdə təqsirləndirilir. Breyvik ilk dindirmələrdən dərhal sonra terror aktlarını törətdiyini boynuna alıb, lakin özünü günahkar bilmir.

Polis korteji saat 11:00-da (Bakı vaxtı ilə) məhkəmə prosesinədək Breyvikin saxlandığı İla həbsxanasından çıxaraq təqsirləndirilən şəxsi Oslo yerli məhkəməsinin binasına çatdırıb. Məhkəmə prosesi saat 12:00-da başlayıb. Prosesin başlamasınadək polislər xüsusi buraxılış vəsiqələri ilə binaya daxil olan insanları yoxlamağa başlayıb. Tarixdə ilk dəfə olaraq, Norveç məhkəməsində belə təhlükəsizlik tədbirləri görülüb.

Prosesdə yüzə yaxın nəfər şahid qismində çıxış edəcək: onlardan 46 nəfəri Utoyada, 15-i hökumət məhəlləsində xəsarət alandır, 29 şahid müdafiə tərəfindən çağırılıb. Şahidlər 16 gün ərzində ifadə verəcək.

Məhkəmə qərarını faciənin ildönümü günündə - iyulun 22-də açıqlamağı planlaşdırır. Əgər məhkəmə terrorçunu anlaqlı olduğunu təsdiq etsə, onu 21 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Məhkəmə bu müddəti sonradan artıra bilər. Yox əgər Breyvikin anlaqsız vəziyyətdə olduğu təsdiq edilsə, o məcburi müalicəyə göndəriləcək.

Xəbər lenti

Xəbər lenti