...

"Şahdəniz 2"-dən Türkiyəyə qaz tədarükü üçün ciddi addımların atılacağı gözlənilir - BP

Dünya xəbərləri Materials 20 Aprel 2012 12:36 (UTC +04:00)
Yaxın vaxtlarda "Şahdəniz 2"-dən Türkiyəyə qazın tədarükü və daha sonra Avropaya nəqli çərçivəsində ciddi addımların atılacağı gözlənilir.
"Şahdəniz 2"-dən Türkiyəyə qaz tədarükü üçün ciddi addımların atılacağı gözlənilir - BP

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir A.Tağıyeva/

Yaxın vaxtlarda "Şahdəniz 2"-dən Türkiyəyə qazın tədarükü və daha sonra Avropaya nəqli çərçivəsində ciddi addımların atılacağı gözlənilir. Bunu Britaniyanın BP şirkətinin Türkiyədə yeni təyin olunmuş nümayəndəsi, habelə "BP Turkey" şirkətinin Azərbaycan və Gürcüstandakı fəaliyyəti üzrə məsul şəxs Bad Fakrell deyib. Trend-in məlumatına görə, bu barədə "Milliyət" qəzeti yazır.

Bu həftə BP "Şahdəniz" qaz-kondensat dəniz yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ilkin mühəndis-layihələndirmə işlərinə başladığını elan edib.

Həmçinin bu mərhələ çərçivəsində Türkiyə ərazisindən Avropaya marşrutların seçilməsi də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti