...

Xəzərin hüquqi statusu Qazaxıstan XİN-in prioriteti olaraq qalır

Dünya xəbərləri Materials 23 Aprel 2012 11:23 (UTC +04:00)
Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi Qazaxıstan diplomatiyasının prioriteti olaraq qalır.
Xəzərin hüquqi statusu Qazaxıstan XİN-in prioriteti olaraq qalır

Qazaxıstan, Astana, 23 aprel / Trend, müxbir D.Muxtarov /

Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi Qazaxıstan diplomatiyasının prioriteti olaraq qalır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Qazaxıstanın xarici işlər naziri Erjan Kazıxanov bildirib.

"Xəzər məsələsi çox mühümdür", - nazir qeyd edib.

Kazıxanovun sözlərinə görə, Xəzəryanı dövlətlərin qarşıdakı sammitində tərəflər Qazaxıstan Prezidentinin Xəzərlə bağlı təklifini müzakirə edəcəklər.

"Prezident Nazarbayevin təklifini beş Xəzəryanı dövlətin hamısı alıb. Hazırda İşçi qruplar fəal çalışır. Biz növbəti sammitə hazırlaşırıq", - Kazıxanov respublika parlamentinin aşağı palatasında hökumət saatında çıxış edərkən deyib.

Xatırladaq ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bakıda Xəzəryanı dövlətlərin son sammitində Xəzərdə ərazi, balıq ovu və ümumi istifadə zonalarının yaradılması ideyasını irəli sürmüşdü.

Xəbər lenti

Xəbər lenti