...

İran düşmən raketlərinin yönləndirilməsi sistemi üzərində işi başa çatdırır

Dünya xəbərləri Materials 30 Aprel 2012 13:23 (UTC +04:00)
İran düşmən raketlərinin yönləndirilməsi sisteminin yaradılması sayəsində raket hücumundan tam müdafiə olunacaq.
İran düşmən raketlərinin yönləndirilməsi sistemi üzərində işi başa çatdırır

Azərbaycan, Bakı, 30 aprel / Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /

İran düşmən raketlərinin yönləndirilməsi sisteminin yaradılması sayəsində raket hücumundan tam müdafiə olunacaq. Trend-in məlumatına görə, bu barədə "Hatəm əl-Ənbiya" havadan müdafiə bazasının komandiri Fərzad İsmaili "JameJam" qəzetinə müsahibəsində deyib.

"Düşmən raketlərinin yönləndirilməsi sistemi sonuncu mərhələdədir. Bu iş başa çatana kimi İranın HHM-i ölkənin hava məkanı üzərində tam nəzarət əldə edəcək", - o deyib.

İdarə olunan raket düşmən tərəfindən buraxılanda, onu maneələrin yaradılması yolu ilə məhv etmək mümkün deyil. Ancaq raketi oriyentasiya qabiliyyətini itirməsi yolu ilə yönləndirmək olar. İsmaili əlavə edib ki, sistemdən İranın ərazisinə hər hansı qəsd zamanı istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti