Azərbaycan, Bakı, 14 may /Trend/
Qazaxıstanın Akmolinsk vilayətinin Sandıqtau rayonunun Balkaşino kəndinin sərxoş sakini üç nəfəri tüfənglə yaralayıb. Yaralananlardan ikisi Azərbaycan vətəndaşıdır. Trend-in məlumatına görə, bu barədə vilayətin Daxili İşlər Departamentinin mətbuat xidməti bazar ertəsi məlumat verib.
İdarənin məlumatına görə, mayın 13-də sərxoş vəziyyətdə olan bir şəxs qeydiyyatda olan İJ-12M tüfəngindən zərərçəkənlər tərəfə atəş açıb. Bu barədə "Novosti-Kazaxıstan" İA yazır.
"Nəticədə 1973-cü il təvəllüdlü yerli sakin reanimasiyaya yerləşdirilib. Həmçinin 1964-cü və 1991-ci il təvəllüdlü, bu il mayın 17-dək vizaya malik olan Azərbaycan vətəndaşları diz oynağından yaralanıblar", - DİD-dən bildiriblər.
Atəş açan şəxs saxlanılıb və ona qarşı CM-nin 257-ci (xuliqanlıq) maddəsi üzrə cinayət işi qaldırılıb. Təhqiqat aparılır.