Azərbaycan, Bakı, 15 may /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/
2010-cu ildə nüvə fiziki Məsud Əli Məhəmmədinin qətlinə görə mühakimə olunan Məcid Camali Faşi çərşənbə axşamı səhər Tehranın Evin həbsxanasında dar ağacından asılıb. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verib.
Nüvə fizikası sahəsində İranın aparıcı mütəxəssislərindən biri olan Məsud Əli Məhəmmədi 2010-cu ilin yanvarında Tehrandakı evinin yaxınlığında partladılan bomba nəticəsində həlak olub. Məsafədən idarə olunan bomba onun evinin yaxınlığında dayanan motosiklə bərkidilib.
26 yaşlı Faşi "İsrailin casus şəbəkəsi" ilə əməkdaşlıqda, İranda terror aktlarının təşkilində və narkotik ticarətində ittiham olunub.