...

İranda zəlzələ baş verib

Dünya xəbərləri Materials 31 May 2012 10:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir T.Cəfərov/

İranın Çaharmahal və Bəxtiyari əyalətinin Boldaji şəhəri yaxınlığında Rixter cədvəli üzrə 3,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İRNA agentliyinə istinadən məlumat verir.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 08:36-da baş verdiyini bildirib.

Zəlzələlər nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Ötən gün də İranın Fars əyalətinin Dehram şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində ölən və yaralanan olmasa da, bəzi kəndlərdə evlərə ciddi ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti