...

İran və İraq neft sənayesində əməkdaşlığı müzakirə ediblər

Dünya xəbərləri Materials 4 İyun 2012 13:06 (UTC +04:00)
Tehran və Bağdad neft sənayesində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
İran və İraq neft sənayesində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Tariverdiyeva /

Tehran və Bağdad neft sənayesində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Bu barədə bazar ertəsi İranın neft nazirinin müavini, İran Milli Neft Emalı Şirkətinin (NIORDC) icraçı direktoru Əlirza Zeyqəmi bildirib. Trend-in məlumatına görə, xəbəri bazar ertəsi İRNA agentliyi yayıb.

Onun sözlərinə görə, tərəflər İraqda neft emalı zavodunun birgə tikintisində və neft məhsulları və qaz ixracında razılığa gəliblər.

"Razılaşmaya uyğun olaraq, İran ildə 1,7 milyon dollardan artıq məbləğdə neft məhsulları və səmt qazı ixrac edəcək", - Zeyqəmi bildirib.

İran və İraq 23 karbohidrogen yatağını birgə istismar edir.

Xəbər lenti

Xəbər lenti