Azərbaycan, Bakı, 8 noyabr /Trend/
İkinci müddətə yenidən seçilən ABŞ prezidenti Barak Obama öz ilk xarici səfərini Türkiyəyə edəcək. Bu barədə Türkiyənin Todays Zaman qazeti ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikardoneyə istinadən məlumat verir.
Türkiyə KİV-in verdiyi məlumata görə, Rikardone çərşənbə günü söyləyib ki, Barak Obamanın xarci səfərləri arasında Türkiyəyə səfəri ilk olar nəzərdə tutulub.
ABŞ-ın hazırkı Prezidenti Barak Obama prezident seçkilərində qalib gəlib. O, qalib gəlmək üçün Seçicilər Kollegiyasının lazım olan 270 səsindən xeyli çox - 303 səs toplayıb.