Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir D. Xatınoğlu/
İranın kooperativlər, əmək və sosial təminat naziri Əbdülrza Şeyxülislamiyə Tehranın keçmiş baş prokuroru Səid Mürtəzəvini Sosial Təminat Təşkilatının rəhbəri təyin etdiyinə görə parlamentdə impiçment elan edilib. Trend-in məlumatına görə, bu barədə bazar günü "Mehr" agentliyinə xəbər verib.
Səsvermənin nəticələrinə görə, 192 deputat lehinə, 54 - əleyhinə, 24 deputat isə bitərəf səs verib.
Qeyd edək ki, parlamentin 2010-cu il yanvarın 10-da dərc olunmuş məruzəsində Mürtəzəvinin ünvanına 2009-cu ilin iyununda keçirilən prezident seçkilərində siyasi iğtişaşlarda iştirak etməkdə ittiham olunan 147 məhbusun Kazirak həbsxanasına göndərilməsi, orada onların lazımi saxlanma şəraiti ilə təmin olunmamasına dair ittiham səsləndirilir.