...

Venesuela prezidenti Uqo Çaves vəfat edib

Dünya xəbərləri Materials 6 Mart 2013 03:23 (UTC +04:00)
Venesuela prezidenti Uqo Çaves onkoloji xəstəliyin fəsadlarından vəfat edib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuelanın vitse-prezidenti Nikolas Maduro bəyan edib.
Venesuela prezidenti Uqo Çaves vəfat edib

Azərbaycan, Bakı, 6 mart /Trend/

Venesuela prezidenti Uqo Çaves onkoloji xəstəliyin fəsadlarından vəfat edib. Bu barədə Venesuelanın vitse-prezidenti Nikolas Maduro bəyan edib.

Qeyd edək ki, martın 5-də ilk öncə Uqo Çavesin səhhətinin pisləşməsi barədə xəbər yayılıb, bundan sonra isə Venesuela hökumətinin təcili iclası keçirilib. İclasa Uqo Çavesin xələfi Maduro sədrlik edib. Bu barədə RİA Novosti xəbər yayıb.

Uqo Çaves 2012-ci ilin dekabrın əvvəlində Kubada onkoloji xəstəliklə bağlı əməliyyat olunub. Xərçəng xəstəliyi onda 2011-ci ilin ortalarında aşkar olunub. Əməliyyatdan sonra 2 ay o Qavana xəstəxanasında müalicə kursu keçib, fevralın ortalarında isə o qəfil Karakasdakı hərbi hospitala köçürülüb.

Xəbər lenti

Xəbər lenti