...

UEFA Çempionlar Liqası: "Barselona" və "Bavariya" yarımfinala keçdilər

Dünya xəbərləri Materials 11 Aprel 2013 01:47 (UTC +04:00)
Çərşənbə günü UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində cavab oyunları baş tutub.
UEFA Çempionlar Liqası: "Barselona" və "Bavariya" yarımfinala keçdilər

Azərbaycan, Bakı, 11 aprel /Trend /

Çərşənbə günü UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində cavab oyunları baş tutub.

"Barselona" doğma meydanında "PSJ"-ni qəbul edib. Oyunda ilk topu PSJ-nin yarımmüdafıəçisi Pastore 50-ci dəqiqədə vurub, 70-ci dəqiqədə "Barselona" Pedronun vurduğu qoldan sonra hesabı bərabərləşdirdi.

İki oyunun nəticəsinə görə, "Barselona" yarımfinal mərhələsinə keçir.

Günün digər qarşılaşmasında "Yuventus" "Bavariya" klubunu qəbul edib.
Oyunda ilk topu "Bavariya"nın hücumçusu Mancukiç 64-ci dəqiqədə vurub, ikinci topu isə "Bavariya"lı Pissaro 90-cı dəqiqədə vurub.

Beləliklə də, "Bavariya" yarımfinal mərhələsinə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti