...

Hindistanda avtobus çaya düşüb: 35 nəfər ölüb

Dünya xəbərləri Materials 9 May 2013 05:03 (UTC +04:00)
Hindistanda sərnişin avtobusu çaya düşüb və nəticədə 35 nəfər ölüb.
Hindistanda avtobus çaya düşüb: 35 nəfər ölüb

Azərbaycan, Bakı, 9 may / Trend /

Hindistanda sərnişin avtobusu çaya düşüb və nəticədə 35 nəfər ölüb. Trend-in RBK-ya istinadən verdiyi xəbərdə deyilir ki, sürücü avtobusun idarəçiliyini itirib və Beas çayına yuvarlanıb.

Məlumatda bildirilir ki, hazırda xilasetmə işləri aparılır. 35 nəfərin cəsədi aşkarlanıb, 14 nəfər isə yaralıya tibbi yardım göstərilib.

Qeyd edək ki, hadisə nəticəsində ölənlərin sayının artması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti