Azərbaycan, Bakı, 21 may /Trend, müxbirlər E. Tariverdiyeva, T. Cəfərov/
İranda mühafizəkarlar qarşıdakı prezident seçkilərində dəstəkləyəcəkləri vahid namizəd seçəcəklər. Trend-in çərşənbə axşamı IRIB agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın ali liderinin baş müşaviri Əli Əkbər Vilayəti deyib.
Vilayətinin sözlərinə görə, mühafizəkarları məhz kimin təmsil edəcəyini bilmir. Lakin o, vahid namizəd olacaq.
Qeyd edək ki, Əli Əkbər Vilayəti, İran Parlamentinin deputatı Qulaməli Həddad Adil və Tehranın meri Məhəmməd Baqiq Qalibaf ölkədə prezident seçkilərində "Üçlər ittifaqı"na daxildirlər.