...

ABŞ dövlət departamenti: Suriya münaqişəsi Livanın stabilliyinə zərbə vura bilər

Dünya xəbərləri Materials 25 May 2013 04:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend/

ABŞ dövlət departamentinin nümayəndəsi Patrik Ventrellin bildirdiyinə görə, ABŞ ehtiyat edir ki, Tripolidə və Livanın digər şəhərlərində icmalar arası baş verən toqquşmalar, həmçinin qonşu Suriyadakı döyüşlər Livanın stabilliyini poza bilər. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən cümə günü məlumat verir.

" Livandakı vəziyyət ABŞ-ı dərindən narahat edir. Ən azı 23 nəfərin həlak olduğu şimal şəhəri Tripolidəki son toqquşmalar xatırladır ki, Suriya münaqişəsi Livanın sabitliyi və təhlükəsizliyi üçün getdikcə daha dərin təhlükəyə çevrilir",-Ventrellanın bəyanatında deyilir. Onun sözlərinə əsasən, ABŞ Tripolidə toqquşmaların dayandırılması və ölkədə sülhün bərpası üzrə Livan ordusunun və daxili təhlükəsizlik qüvvələrinin səylərini dəstəkləyir.

ABŞ Livan hökumətinin Suriyadakı daxili münaqişəyə qarışmaması haqqında bəyanatlarını dəstəkləyir, Ventrell dəqiqləşdirib. O, həmçinin Bəşər Əsəd hökumətinin tərəfində Suriyada döyüşlərdə birbaşa iştirak edən"Hizbullah" şiə hərəkatının hərəkətlərini qınayıb.

"Suriyadakı hərbi əməliyyatlarda gərginləşmə rolunu təşkil etməklə, "Hizbullah" liderlərinin qərarı Livanın qarışmama siyasətini pozur və zəiflədir. Bununla da Livan öz xalqının maraqlarına zidd olaraq xarici münaqişəyə cəlb oluna bilər",- Ventrel deyib.

Xəbər lenti

Xəbər lenti