...

Türkiyə müxalifət partiyasının rəhbəri bütün partiya rəhbərlərinin toplantısının keçirilməsinə çağırıb

Dünya xəbərləri Materials 12 İyun 2013 07:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıcdaroğlu çərşənbə gününə keçən gecə İstanbulun Taksim meydanında baş vermiş nümayışlərlə əlaqədar, partiyasının təcili toplantısını keçirib. Bu barədə Trend Zaman qəzetinə istinadən məlumat verir.

3 saat davam edən toplantının sonrası Kılıcdaroğlu Türkiyə Prezidenti Abdullah Gülü ölkənin bütün partiya rəhbərlərinin toplantısının keçirilməsinə çağırıb.

Müxalifət partiyasının rəhbəri qeyd edib ki, baş verən hadisələr Türkiyənin iqtisadiyyatına mənfi təsir edir.

Onun sözlərinə görə, Türkiyə bu vəziyyətdən tez bir zamanda çıxmalıdır.

Artıq on gündən çoxdur ki, Türkiyənin müxtəlif şəhərlərində İstanbulun Taksim meydanındakı Gezi parkının yenidən qurmasına qarşı etiraz aksiyaları davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti