...

İranda yeni nazirlər kabinetinin təşkili üçün qanunda bəzi dəyişiklər olunacağı gözlənilir

Dünya xəbərləri Materials 6 İyul 2013 09:26 (UTC +04:00)
İran Parlamentinin daxili nizamnamələrin tənzimlənməsi komissiyasının təklifi ilə yeni nazirlər kabinetinin təşkili üçün qanunda bəzi dəyişikliklər olunacaq.
İranda yeni nazirlər kabinetinin təşkili üçün qanunda bəzi dəyişiklər olunacağı gözlənilir

Azərbaycan, Bakı, 6 iyul /Trend müxbir T.Cəfərov/

İran Parlamentinin daxili nizamnamələrin tənzimlənməsi komissiyasının təklifi ilə yeni nazirlər kabinetinin təşkili üçün qanunda bəzi dəyişikliklər olunacaq. Trend-in "Fars" xəbər saytına istinadən verdiyi məlumata görə, bunu Parlamentin daxili nizamnamələrin tənzimlənməsi komissiyasının sədr müavini Qulamrza Katib deyib.

Katib deyib ki, yeni seçilmiş prezidentinin parlamentə təqdim edəcəyi nazirlərin bu qurumdan səs qazanması qaydalarında da bəzi şərtlər dəyişiləcək.

O, əlavə edib ki, bu dəyişikliklərin icrası üçün parlamentdə bu layihənin təsdiq olunması ilə yanaşı həmçinin ölkənin Nəzarət Şurası da dəyişiklik olmuş qanun layihəsini təsdiqləməlidir.

Katib deyib ki, qanunda baş vermiş dəyişikliklərə görə, yeni prezident tərəfindən nazir vəzifəsinə təqdim olunacaq şəxs ən az 10 il nazir postuna təqdim olunduğu sahə üzrə iş stajı olmalıdır. Bundan başqa həmin şəxs ən azından maqistr pilləsi üzrə diploma sahib olmalıdır.

Qeyd edək ki, İranda iyun ayının 14-də prezident seçkiləri keçirilib. Yeni seçilmiş prezident Həsən Ruhaninin and içmə mərasimi avqust ayının əvvəllərində keçiriləcək. Bundan sonra yeni seçilmiş prezident nazirlər kabinetinin təşkili üçün müxtəlif nazir vəzifələrinə öz namizədlərini parlamentə təqdim edəcək. Parlament nümayəndələri yeni nazirlər vəzifəsinə təqdim olunmuş şəxslərin təyinatını təsdiqləyəcək.

Katib deyib ki, parlament dəyişikliklər layihəsini avqust ayının 3-nədək müzakirəyə çıxararaq təsdiqləyəcək və çalışacaq ki, Nəzarət Şurası da bu layihəni həmin vaxta kimi təsdiqləsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti