...

Həsən Ruhani: İranın yeni hökuməti Qərbin sanksiyalarını aradan qaldırmaq niyyətindədir

Dünya xəbərləri Materials 3 Avqust 2013 21:29 (UTC +04:00)
İranın yeni seçilmiş prezidenti Həsən Ruhani bildirib ki, onun hökuməti İran maraqlarını öz milli maraqları əsasında dünya ilə ən yaxşı qarşılıqlı təsirin irəliləyişi üçün tədbir görəcək.
Həsən Ruhani: İranın yeni hökuməti Qərbin sanksiyalarını aradan qaldırmaq niyyətindədir

İran, Tehran, 3 avqust /Trend xüsusi müxbir T.Cəfərov/

İranın yeni seçilmiş prezidenti Həsən Ruhani bildirib ki, onun hökuməti İranın maraqlarını öz milli maraqları əsasında dünya ilə ən yaxşı qarşılıqlı təsirin irəliləyişi üçün tədbir görəcək. Bu barədə o, şənbə günü qarşıdakı dörd ilə prezident vəzifəsinə başlaması mərasimində bildirib, Tehrandan Trend-in xüsusi müxbiri məlumat verir. İranın Ali Lideri Ayətullah Əli Xamenei vəzifəyə təsdiq edir.

Ruhani həmçinin deyib ki, o, Qərbin sanksiyalarının aradan qaldırması istiqamətində işləyəcək.

Yeni prezident əlavə edib ki, onun hökuməti ekstremizmdən və radikal baxışlardan uzaqlaşacaq.

Bundan başqa, o, iyunun 14-nü [prezident seçkiləri günü] demokratiyanın təzahürü kimi adlandırıb və seçicilərin yüksək səviyyədə iştirakına məmnunluğunu bildirib.

Əli Xamenei deyib ki, Ruhani təcrübəli siyasətçidir və otuz ildən artıq dövlət xidmətindədir.

Ruhani ikinci prezident müddəti şənbə günü başa çatan İran prezidenti Mahmud Əhmədinejadı vəzifəsində əvəz edib. And içmə mərasimi bazar günü parlamentdə keçəcək. İranın xarici işlər nazirliyinin məlumatına görə, ilk dəfə mərasimdə iştirak etmək üçün dəvətnamələr 55 xarici nümayəndə heyəti göndərilib. İnauqurasiya mərasimində on bir prezidentin, iki baş nazirin, səkkiz vitse-prezidentin və yeddi parlament başçılarının iştirak etməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti