...

BMT TŞ Suriyadakı kimyəvi silah üzrə qətnamə qəbul edib

Dünya xəbərləri Materials 28 Sentyabr 2013 06:21 (UTC +04:00)
BMT-nin Təhlükəsizlik Şurası cümə günü Suriyada kimyəvi silahların məhv edilməsinə dair qətnaməni yekdilliklə qəbul edib.
BMT TŞ Suriyadakı kimyəvi silah üzrə qətnamə qəbul edib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

BMT-nin Təhlükəsizlik Şurası cümə günü Suriyada kimyəvi silahların məhv edilməsinə dair qətnaməni yekdilliklə qəbul edib. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə məlumat verir.

Qətnamədə bildirilir ki, onun yerinə yetirilməməsi, o cümlədən kimyəvi silahın qanunsuz göndərilməsi və Suriyada tətbiq olunması halda BMT nizamnaməsinin 7-ci başlığı üzrə tədbirlər görüləcək.

Bu fəsil sülh və təhlükəsizliyin təmin olunması üçün hərbi əməliyyatlar daxil olmaqla, sərt tədbirlərin keçirilməsini nəzərdə tutur.

Şuranın üzvü olan on beş ölkə, beynəlxalq nəzarət altında zəhərləyici maddələrin məhv edilməsi üzrə prosedurlar haqda Suriyanın kimyəvi silahları qadağan olunması üzrə Təşkilatın (KSQT) qərarını alqışlayıb.

Qətnamə bütün dövlətlərdən kimyəvi silahların əldə edilməsi və tətbiqi ilə bağlı qeyri-dövlət subyektlərinə yardım etməməyi tələb edir.

Xəbər lenti

Xəbər lenti