Azərbaycan, Bakı, 30 sentyabr /Trend/
Rusiya Suriyada kimyəvi silah üzrə yoxlamaların aparılması, bu yoxlamaların təmin edilməsi, eləcə də BMT və kimyəvi silahların qadağan olunması üzrə Təşkilat (KSQT) arasında koordinasiyanın təhlükəsizliyini təmin edilməsi üçün heyət təqdim etməyə hazırdır. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Kommersant" qəzetinə müsahibəsində bildirib.
"Biz keçiriləcək əməliyyatın bütün komponentlərində- KSQT və BMT arasında fəaliyyətin koordinasiya üçün yerinda yaradıla bilən inspeksiya fəaliyyətində və inzibati strukturlarında, eləcə də Suriyanın hüquq mühafizə orqanlarının təhlükəsizliyin təmin olunması üçün yaradılan strukturlarda iştirak etməyə hazırıq", - nazir deyib.
Onun sözlərinə görə, Rusiya istənilən halda əməliyyatda maliyyə cəhətdən iştirak edəcək.
Xəbər verildiyi kimi, KSQT-ın 10-12 müfəttişdən ibarət qabaqcıl qrup artıq oktyabrın 1-də Suriyaya yola düşəcək.