...

ABŞ Nümayəndələr Palatası büdcə üzrə səsverməni ləğv edib

Dünya xəbərləri Materials 16 Oktyabr 2013 07:56 (UTC +04:00)
ABŞ Nümayəndələr Palatası yerli vaxtla çərşənbə gecəsi üçün hazırlanmış büdcə layihəsi üzrə səsverməni ləğv edib.
ABŞ Nümayəndələr Palatası büdcə üzrə səsverməni ləğv edib

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

ABŞ Nümayəndələr Palatası yerli vaxtla çərşənbə gecəsi üçün hazırlanmış büdcə layihəsi üzrə səsverməni ləğv edib. Trend "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə palatanın Prosedur komitəsinin rəhbəri Pit Seşns bildirib.

Onun sözlərinə görə, respublikaçıların liderləri cümə axşamınadək büdcə üzrə kompromis əldə etmək üçün çərşənbə günü qanun layihəsini hazırlamaq istəyəcəklər.

Respublikaçılar konqresdə iki həftə ərzində səhiyyə islahatı üçün xərclərin azaldılması üzrə, ilk növbədə isə Prezident Barak Obama və demokratlar güzəştlərə nail olmaq istəyirlər, lakin administrasiya siyasi şərtlərə qarşı çıxış edir.

ABŞ-da büdcə olmadığından oktyabrın 1-dən federal müəssisələrin bir hissəsi bağlanıb, oktyabrın 17-dən isə ölkədə defolt təhlükəsi nəzəri cəhətdən ona görə ki, konqres 17-trillionluq dövlət borcunun yuxarı "həddi"nin yüksək səviyyəsinə sanksiya verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti